Əsas məzmuna keç

Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək

Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regional əməkdaşlığı gücləndirmək məqsədilə Riyad və Qahirədə mühüm görüşlər keçirəcək.

en ru

Türkiyə prezidenti və Misirə rəsmi səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.

Səfərin ilk dayanacağı olan Riyadda Türkiyə lideri Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dəvəti ilə ikitərəfli görüşlər keçirəcək.

Danışıqlar zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar, həmçinin regional və qlobal proseslər müzakirə olunacaq.

4 fevralda Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirəyə yollanacaq.

Qahirədə Türkiyə-Misir Yüksək Səviyyəli Şurasının ikinci iclasına hər iki ölkə lideri həmsədrlik edəcək.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Fələstin problemi başda olmaqla və regional hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində həmçinin dövlət başçısının Türkiyə-Misir İş Forumunda iştirakı da nəzərdə tutulub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…