Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan hökuməti TRIPP sazişini Konstitusiya Məhkəməsinə göndərdi

2 dəq
Paylaş:
Ermənistan hökuməti TRIPP sazişini Konstitusiya Məhkəməsinə göndərdi

hökuməti " sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində strateji haqqında çərçivə sazişini Konstitusiya Məhkəməsinə göndərib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə mediası məlumat yayıb.

Konstitusiya Məhkəməsinin müsbət qərarından sonra saziş ratifikasiya üçün parlamentə göndəriləcək.

Ermənistanın naziri Ararat Mirzoyan bildirib ki, layihənin sənədləşdirmə prosesini başa çatdırmaq üçün hələ onu həyata keçirəcək şirkətin səhmdarlar sazişini və nizamnaməsini imzalamaq lazımdır.

Onun sözlərinə görə, Ermənistan və ABŞ Cənubi Qafqazda nəqliyyat infrastrukturunu inkişaf etdirməyə, qlobal və regional ticarətə yardım etməyə, eləcə də regionda qurulmuş sülhü möhkəmləndirməyə çalışırlar. Layihə çərçivəsində tərəflər Ermənistanın müxtəlif regionlarında ayrı-ayrı layihələrin həyata keçirilməsi üçün müxtəlif tərəfdaşları cəlb edə biləcək şirkət yaradırlar.

"Layihənin həyata keçirilməsi üçün müəyyən edilmiş 49 illik müddət bitdikdən sonra tərəflər onu eyni müddətə uzada bilərlər. Bu halda Ermənistanın şirkətdəki payı 26 %-dən 49 %-ə qədər artacaq", - A.Mirzoyan qeyd edib.

İyunun 4-də Ermənistan və ABŞ Ermənistan ərazisində TRIPP layihəsi ətrafında strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax