Latviya Milli Silahlı Qüvvələri Aluksne bölgəsində pilotsuz təyyarə hücumu barədə məlumatdan sonra Baltik dənizindəki NATO qırıcılarını yüksək hazırlıq vəziyyətinə gətirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, vətəndaşlara ölkənin hava məkanına mümkün təhlükə barədə xəbərdarlıq edilib.
Məlumata görə, yüksək hazırlıq rejimi yerli vaxtla saat 04:59-dan 06:25-dək qüvvədə olub. Bu müddət ərzində vətəndaşlara telefon vasitəsilə mümkün hava təhlükəsi barədə bildiriş göndərilib.
Xatırladaq ki, mayın 7-də Latviyanın şərqində yerləşən Rezekne şəhərində neft anbarının yaxınlığında pilotsuz uçuş aparatı qəzaya uğrayıb, hadisə nəticəsində dörd neft çəni zədələnib.
İlkin məlumatlara əsasən, pilotsuz uçuş aparatlarının Ukrayna istiqamətindən Rusiyaya doğru buraxılmış ola biləcəyi ehtimal edilir.