NATO-nun baş katibi Mark Rutte Ukraynaya səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Ruttenin səfəri Rusiya ilə Ukrayna arasında şiddətli qarşıdurmalar fonunda baş tutub.
NATO-nun baş katibinin Kiyevə səfəri elan edilməyib.
Qeyd olunub ki, Ruttenin səfəri əvvəlki səfərlər kimi son dərəcə əhəmiyyətlidir.
Xatırladaq ki, ötən gün Rusiyanın Ukraynaya hava hücumları nəticəsində 23 nəfər həlak olub.