Əsas məzmuna keç

KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır

KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb. Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi...

Koreya Respublikası (KXDR) Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreyanın agentliyi məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Rəisləri Komitəsi bildirib ki, KXDR-in cənubundakı Kesonq və Hedju şəhərlərinə yaxın ərazilərdə siqnalın kəsilməsi qeydə alınıb. Bunun Cənubi Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətinin pozulmasına səbəb olduğu vurğulanıb.

Koreya Respublikasının hərbçiləri KXDR-i GPS siqnalının bloklamağı dərhal dayandırmağa çağıraraq, hər hansı nəticələrə görə məsuliyyətin Pxenyanın üzərinə düşəcəyi barədə xəbərdarlıq edib. KXDR tərəfinin bu bəyanatlarına hələlik münasibət bildirməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…