Əsas məzmuna keç

Küveyt tankeri Dubayda söndürüldü: 24 nəfər xilas oldu

Küveyt tankeri Dubayda söndürüldü: 24 nəfər xilas oldu

İran PUA-sının vurduğu "Əs-Səlmi" gəmisindəki alovun qarşısı alınıb. 24 ekipaj üzvünün taleyi və UKMTO-nun açıqladığı şok detallarla bağlı son məlumat burada.

en ru

Dubay hakimiyyəti İranın pilotsuz təyyarəsinin hücumundan sonra Küveytə məxsus neft tankerində baş verən yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Dubay əmirliyinin mətbuat xidməti X sosial şəbəkəsindəki səhifəsində təcili yardım xidmətlərinin Küveytin "Əs-Səlmi" neft tankerindəki yanğını "uğurla söndürdüyünü" bildirib.

Mətbuat xidməti qeyd edib ki, "müvafiq qruplar vəziyyəti qiymətləndirməyə və lazımi tədbirləri görməyə davam edir".

Yanğın nəticəsində heç kimin xəsarət almadığı, 24 üzvünün hamısının sağ-salamat olduğu qeyd edib.

Küveytin dövlət xəbər agentliyi KUNA daha əvvəl Dubay limanında bir tankerə İran pilotsuz təyyarəsinin hücum etdiyini, nəticədə gəminin gövdəsinə zərər dəydiyini və göyərtədə yanğın baş verdiyini xəbər vermişdi.

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı () həmçinin bildirib ki, naməlum mərmi tankerə Dubaydan 31 dəniz mili şimal-qərbdə düşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…