Əsas məzmuna keç

Küveyt İranın hücumlarını pisləyib: Suverenliyimiz pozulur

Küveyt İranın hücumlarını pisləyib: Suverenliyimiz pozulur

Rəsmi Əl-Küveyt Tehranın təcavüzkar addımlarını BMT Nizamnaməsinin pozulması adlandırıb. Nazirlik ölkənin ərazi bütövlüyünü qorumaq üçün hansı addımı atacaq?

ru en

Xarici İşlər Nazirliyi İranın ölkəyə qarşı təkrarlanan hücumlarını qətiyyətlə pisləyərək, bu addımların regionda gərginliyin azaldılmasına yönəlmiş səyləri zəiflətdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, hücumların təkrarlanması Küveytin heç vaxt qəbul etməyəcəyi və dözməyəcəyi sistemli və aqressiv yanaşmanın göstəricisidir.

Vurğulanıb ki, İranın həyata keçirdiyi hücumlar Küveytin suverenliyinin açıq şəkildə pozulması, hüquq normalarının və Nizamnaməsinin ciddi şəkildə tapdanması deməkdir.

“Küveytin suverenliyinə qarşı yönələn bu hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, regionda gərginliyin azaldılması istiqamətində aparılan səylərə də zərbə vurur”, - bəyanatda bildirilib.

Nazirlik ölkənin təhlükəsizliyini qorumaq, bütövlüyünü və strateji obyektlərini müdafiə etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını da bəyan edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…