Kursk vilayətinə hücumun başlıca səbəbi NƏDƏN İBARƏTDİR? - AÇIQLAMA

Kursk vilayətinə hücumun başlıca səbəbi NƏDƏN İBARƏTDİR? - AÇIQLAMA
21.08.2024 18:06
Aa
dəq

Məlum olduğu kimi, avqustun 6-da Ukrayna hərbçiləri gözlənilmədən Rusiyanın Kursk vilayətinə hücum edərək 30-35 kilometrədək irəliləyə biliblər. 30-a qədər yaşayış məntəqəsi ələ keçirilib. Yüzlərlə hərbçi əsir götürülüb. On minlərlə sakin isə təxliyə olunub. Bütün bunlar onu göstərir ki, Rusiya-Ukrayna arasında davam edən müharibə yeni bir mərhələyə daxil olub.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan politoloq Tofiq Abbasov bildirib ki, müharibə bu yaxınlarda bitməyəcək. Çünki, faktiki olaraq bu müharibənin arxasında baza məsələlərinin həlli durur. İlk növbədə Qərb çalışır ki, Ukrayna vasitəsilə Rusiyanı gücdən salsın, onu əməlli-başlı tükəndirsin. Digər tərəfdən isə Rusiya artıq Qərbin təpkilərinin qarşısını almağa, Ukraynadan elə bir pay götürməyə çalışır ki, sonradan coğrafi parametrlərdə üstünlük Rusiyanın əlində qalsın.

“Kursk vilayətindəki bu gərginlik ilk növbədə qazın Rusiyadan Avropaya ötürülməsi ilə bağlıdır. Qazı nəql edən xətt məhz Kursk vilayətinin ərazisindən keçir. Təsadüfi deyil ki, burada Ukrayna hərbi birləşmələri çox məharətlə, böyük ustalıqla döyüşlərə qatılıblar”.

Politoloq: “Ermənistanın xilas yolu Azərbaycanla barışıqdan keçir” -  07.09.2021, Sputnik Azərbaycan

Politoloq qeyd edib ki, ümumiyyətlə belə bir məlumatlar da var ki, məhz Ukrayna ordusunun tərkibində olan bəzi hərbi birləşmələr Qərbin, xüsusilə Amerikanın və Böyük Britaniyanın instrukturlarının iştirakı ilə hazırlanıb və onları xüsusi rezerv kimi artıq proseslərə cəlb ediblər. Lazım olan odur ki, qazın nəqli artıq iflic vəziyyətinə düşsün. Çünki iki ölkə arasında müharibə elan olunmayıb və əgər qaz nəqli Avropaya axsayacaqsa, o zaman Rusiya idxallar qarşısında böyük təzminat vermək məcburiyyətində qalacaqdır. Bu ölkələr sırasına Slovakiya, Sloveniya, Avstriya və s. digər ölkələr daxildir.

Politoloq bildirib ki, Kursk vilayətində baş verən gərginlik, təsadüfən baş verən hadisələrdən biri deyil. Hazırlıqlı olan hərbi birləşmələr Ukrayna tərəfindən məhz bu məntəqəni özlərinin hədəfi kimi seçiblər və hətta Qərb mətbuatının da yazdığı kimi, faktiki olaraq Ukrayna elə bir dönüş yaratmaq üzərindədir ki, artıq özü Rusiyaya nəsə diktə edə bilər. Ancaq burada geosiyasi, potensial və ehtiyatlar baxımından da Ukrayna Rusiyadan xeyli geri qalır. Məsələ onda da deyil ki, onun ərazisi qat-qat kiçikdir. Strateji resurs baxımından Rusiyanın çox böyük imkanları var.

Analysis: Russia's tiny, Pyrrhic advances in Ukraine's east | Russia-Ukraine  war News | Al Jazeera

Müharibənin uzanmasında Qərbin çox maraqlı olduğunu deyən ekspert bunun səbəblərini də açıqlayıb.

“Çünki onlara lazım olan odur ki, birincisi potsovet məkanındakı ölkələrin çoxusunu Rusiyadan küsdürsünlər. Digər tərəfdən Rusiyanın təsir dairəsini kiçiltsinlər və nəhayət NATO qüvvələri də fiziki baxımdan Rusiya sərhədlərinə daha da yaxın gəlib çıxa bilsin. Faktiki olaraq indi görürük ki, taktiki nüvə başlıqlarının da istifadəsi mövzusu gündəmə gəlib. Düşünmürəm ki, məhz döyüşlər o həddə gəlib çatacaq. Mənə elə gəlir ki, Rusiya Müdafiə Nazirliyində ekstra tədbirlərin planı hazırlanır. Çox güman ki, Rusiya öz götürdüklərini geri qaytarmaq fikrində olmayacaq və digər tərəfdən  onu danışıqlara sövq etmək də çətindir, çünki Putin bildirib ki, danışıqlardan söhbət belə gedə bilməz”, - deyə ekspert qeyd edib.

Rusiya-Ukrayna arasında danışıqlar baş tuta bilərmi sualını cavablandıran, Tofiq Abbasov düşünür ki, əgər Putinin qoşunları ən yaxın zamanda Kursk vilayətini ukraynalılardan təmizləyə bilsə, onda danışıqlar üçün yeni zəmin yarana bilər. Ekspert nə qədər ki, Ukrayna silahlı qüvvələri Rusiyanın ərazisindədir, bu etimadı görmədiyini vurğulayıb.

“Ukraynanın özü də bir o qədər də yaxşı vəziyyətdə deyil. Qərb, Amerika Birləşmiş Ştatları son dərəcə səs-küylü tərzdə Ukraynaya dəstək verdiyini bildirirlər. Ancaq biz NATO sammitində iştirak etmiş Zelenskinin narazılığının şahidi olaraq gördük ki, Zelenski orada heç də ruh yüksəkliyi ilə çıxış etmədi və bədbin notlarla öz iştirakını və NATO-dan gözləntilərini səciyyələndirdi. Odur ki, bu proseslərdə həm vuruşan tərəf, həm də onların arxasında duran qüvvələr öz maraqlarını güdürlər”, - deyə o sonlandırıb.

Digər müsahibimiz politoloq Turab Rzayev deyir ki, hələ Rusiya-Ukrayna arasında müharibə daha da gərginləşəcək. Çünki, faktiki olaraq Ukrayna Rusiya ərazisinə hücum edərək Rusiyanın qırmızı xəttini keçdi. Bu da Rusiyada çox böyük ictimai rezonans doğurdu. Rusiya rəhbərliyi var gücü ilə Ukraynanın cəzalandırmasına qərar verdi, hətta Ukraynanın digər ərazisini işğal etmək üçün yaşıl işıq yandırdı.

Turab Rzayev: "Türkiyə Rusiya ilə Ukrayna və Qərb arasında balans yaratmağa  çalışır"

Politoloq qeyd edib ki, Rusiya cəbhə xəttini genişləndirməyə çalışır. Artıq Belarusiya ərazisindən Ukraynaya hücumlar etmək istəyir. Belarusiyadan Ukraynaya raket atılması ilə bağlı xəbərdarlıq var. Rusiya KTMT-nin təhlükəsizlik bəndinə görə, hansı üzvə hücum olsa, digər üzvlər iştirak etməlidir deyərək, onu bura qoşmağa çalışır.

“Belə məqamda müharibənin tez bitməsini proqnozlaşdırmaq çətindir. Digər tərəfdən nəzərə alsaq ki, Ukrayna ərazisində də ABŞ və Böyük Britaniya Ukraynaya hərbi dəstək göstərir. İndiki məqamda münaqişənin davam edəcəyi gözlənilir. Ancaq əsas məsələ burada ondan ibarətdir ki, bütün bunlar ABŞ-da prezident seçkilərindən sonra baş tutacaq. Əgər Tramp qalib gələrsə, cəbhədə səngimə ola bilər, bununla da Ukraynaya göndərilən yardım azalar və Rusiya ilə bir ortaq dil tapılar. Ancaq Kamala Harris qalib gələrsə, böyük ehtimal Ukraynaya verilən yardımlar da artırılacaq. Bu məqamda artıq Rusiyanın siyasi-iqtisadi vəziyyəti pisləşəcək”, - deyə ekspert bildirib.

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu