Kürdə çətənə kolu yetişdirən şəxs saxlanılıb

Kürdə çətənə kolu yetişdirən şəxs saxlanılıb
28.09.2023 08:40
Aa
dəq

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şüşün kənd sakini, əvvəllər məhkum olunmuş Baxış Sadıqov saxlanılıb.

Onun kənd ərazisində işlətdiyi kafeyə keçirilən baxış zamanı 24 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, yaşadığı ünvanın yaxınlığından keçən Kür çayının sahilinə keçirilən baxış zamanı isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 29 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı B.Sadıqov narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu etiraf edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu