Əsas məzmuna keç

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib - 17.10.2024

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib - 17.10.2024

Azərbaycanda oktyabrın 17-si gündüzdən 19-u gündüzədək bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu...

Azərbaycanda oktyabrın 17-si gündüzdən 19-u gündüzədək bəzi bölgələrdə küləkli ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometerologiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Balakən, Qax, Oğuz, Qəbələ, Şəki, Zaqatala, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Oktyabrın 18-dən 19-u səhərədək Bakıda və yarımadasında isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Hava proqnozu

9° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 11° 9°
  2. Sabah Buludlu 14° 10°
  3. Birisi gün Buludlu 17° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…