Ukrayna administrasiyası Rusiya prezidenti Vladimir Putinin mühakiməsi üçün beynəlxalq məhkəmənin yaradılması və dondurulmuş Rusiya aktivlərinin təhvil verilməsi ilə bağlı irəliləyişin olmamasından şikayətlənib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dondurulmuş Rusiya aktivlərinin ölkənin yenidən qurulması və hərbi cinayətlər məhkəməsinin yaradılmasında istifadə edilmək üçün Ukraynaya təhvil verilməsi ilə bağlı kifayət qədər irəliləyiş olmadığını bildirib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya Mərkəzi Bankının dünya üzrə 300 milyard avroluq aktivi dondurulub.