Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Görüşdən sonra danışıqlarda irəliləyiş əldə olunduğunu açıqladılar

2 dəq
Paylaş:
Görüşdən sonra danışıqlarda irəliləyiş əldə olunduğunu açıqladılar

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Kiyevdə Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda əldə olunduğunu açıqlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ötən gün Kuşner və Uitkoff ötən gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatlıq görüş keçirdikdən sonra Kiyevə gediblər.

Uitkoff bildirib ki, Moskva görüşündə yeni ideyalar eşidiblər, lakin onların təfərrüatlarını açıqlamayıb.

O, ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların yeni raundunun yaxın zamanda elan ediləcəyini gözlədiklərini söyləyib.

"Düşünürəm ki, Moskvada böyük irəliləyiş əldə etdik", - Uitkoff bildirib.

Onun sözlərinə görə, tərəflər danışıqları davam etdirməyə hazırdır və prosesin irəliləyəcəyinə ümidlidirlər.

Zelenski isə Kuşner və Uitkoffla görüşü çoxməzmunlu adlandırıb və Ukraynanın Rusiya ilə üçtərəfli danışıqlara hazır olduğunu bildirib.

Görüş zamanı Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü və qış mövsümü ərəfəsində ölkəyə enerji dəstəyi məsələləri də müzakirə olunub.

Zelenskinin sözlərinə görə, tərəflər həmçinin Kiyevə və iqtisadi təminatlar, eləcə də müharibədən sonrakı sosial yardım proqramının mümkün təqdim olunmasını müzakirə ediblər.

ABŞ nümayəndələri Ukraynanın digər rəsmiləri ilə də bir neçə saat davam edən görüşlər keçiriblər.

Danışıqların son mərhələsinə Kiyevdə olan Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri də qoşulublar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə