Əsas məzmuna keç

Kuba sərhədinə hücum: ABŞ bayraqlı gəmidən atəş açıldı

Kuba sərhədinə hücum: ABŞ bayraqlı gəmidən atəş açıldı

Floridadan gələn silahlı qrupun Kuba sularındakı qanlı basqını nəticəsində 10 nəfər ölüb və yaralanıb. Marko Rubio terror cəhdi ilə bağlı mühüm açıqlama verdi...

en ru

Amerika bayrağı altında üzən qayıq sularına daxil olaraq sərhədçilərə atəş açıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb.

Kuba Daxili İşlər Nazirliyi bildirib ki, ABŞ-nin Florida ştatından yola düşən gəmidəki qrup hökumətə müxalif kubalılardan ibarət olub və onların bəziləri əvvəllər aktları planlaşdırmaqda ittiham edilərək axtarışa verilib. Rəsmi məlumata əsasən, onlar ABŞ-dən kamuflyaj geyimində gəlib, tüfəng, tapança və əldəqayırma partlayıcı qurğularla silahlanıblar.

Hadisə ilə əlaqədar daha bir kubalı şübhəli saxlanılıb. Nazirliyin açıqlamasında qeyd olunub: “Saxlanılanların ilkin ifadələrinə görə, onlar ölkəyə terror məqsədləri ilə daxil olmaq niyyətində olublar”.

Yaralılar təxliyə edilərək tibbi yardım göstərilib. Bildirilib ki, Kuba patrul xidmətinin komandiri də yaralanıb.

ABŞ jurnalistlərə açıqlamasında hadisənin Amerika tərəfi ilə heç bir əlaqəsinin olmadığını deyib. Onun sözlərinə görə, Kuba hakimiyyəti insident barədə ABŞ-ni məlumatlandırıb, lakin ABŞ-nin Havanadakı səfirliyi məsələ ilə bağlı müstəqil araşdırma aparmağa çalışacaq.

“Əslində nə baş verdiyini anlamaq üçün bu barədə öz məlumatlarımızı əldə edəcəyik. Və bir çox ehtimallar var”, – deyə Rubio açıq dənizdə belə bir hadisənin olduqca qeyri-adi olduğunu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…