Operativ Məlumat Mərkəzi

KTMT Belarusda 3 hərbi təlim keçirəcək

1 dəq
Paylaş:
KTMT Belarusda 3 hərbi təlim keçirəcək
bunu jurnalistlərə Minskdə səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov bildirib. O qeyd edib ki,...

Bu il Belarus ərazisində KTMT-nin üç təliminin keçirilməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi- OMM" Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Minskdə səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov bildirib.

O qeyd edib ki, “Qarşılıqlı fəaliyyət”, “Eşelon” və “Axtarış” adlanan təlimlər 2023-cü il ərzində həyata keçiriləcək.

Tasmaqambetov təlimlərin dəqiq tarixi barədə məlumat verməyib.

Qeyd edək ki, KTMT-yə üzv kimi Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər