Əsas məzmuna keç

KTM-ə zəhərlənmə ilə bağlı müraciətlər olub

KTM-ə zəhərlənmə ilə bağlı müraciətlər olub

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən "Operativ Məlumat...

Fevral ayı ərzində Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, onlardan 116-sı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 17-si turşusundan, 20-si dəm qazından, 4-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 9-u allergik reaksiya, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 52-si qadın, 40-ı kişi, 24-ü isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 4 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 7-si kişi, 2-si qadındır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #sirkə#kliniki
Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…