Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

SEPAH: ABŞ və İsrailə qarşı hələlik köhnə raketlərdən istifadə etmişik

2 dəq
Paylaş:
SEPAH: ABŞ və İsrailə qarşı hələlik köhnə raketlərdən istifadə etmişik

İran İslam İnqilabı Keşikçiləri Korpusunun () -mayoru Ebrahim Cabari ölkəsinin və İsrailə məxsus hədəflərə endirdiyi zərbələr barədə sensasiyalı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, general Tehranın indiyədək strateji silahlarını işə salmadığını bildirib.

Cabari qeyd edib ki, hazırkı əməliyyatlarda yalnız "metal qırıntılarından hazırlanmış raketlər" istifadə olunub.

Lakin o, yaxın vaxtlarda İran ordusunun heç kimin gözləmədiyi müasir silahları tətbiq edəcəyini vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də İsrail İrana qarşı "preventiv" zərbələr endirdiyini açıqlayıb.

"The New York Times" qəzeti isə bu hücumlarda ABŞ-nin da iştirak etdiyini yazıb.

"Al Jazeera" telekanalının məlumatına görə, bu hücumların əsas məqsədi İslam Respublikasının sistemini zəiflətməkdir.

Buna cavab olaraq İran tərəfi İsrail ərazisini və ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər də daxil olmaqla Yaxın Şərqdəki bazalarını hədəf alıb. SEPAH rəsmiləri cavab tədbirlərinin düşmən tam məğlub edilənədək davam edəcəyini bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax