Operativ Məlumat Mərkəzi

Krım NATO-nun Qara dəniz üzərində pilotsuz uçan aparatlarının uçuşlarından narazıdır

1 dəq
Paylaş:
Krım NATO-nun Qara dəniz üzərində pilotsuz uçan aparatlarının uçuşlarından narazıdır

NATO-nun pilotsuz uçuş aparatları Qara dəniz üzərində döyüş və kəşfiyyat missiyaları həyata keçirməməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Krım deputatı Mixail Şeremet deyib.

“NATO-nun pilotsuz uçuş aparatları son vaxtlar Qara dənizdə tez-tez qonaq olur. Bununla belə, onların vəzifəsi heç bir şəkildə Qara dəniz regionunda iqlim xüsusiyyətlərini və ya coğrafi dəyişiklikləri öyrənmək deyil, yalnız Ukrayna yaraqlılarının Rusiyanın cənub bölgələrində, xüsusən də Krımda dinc hədəflərə qarşı hərbi kəşfiyyat və birbaşa hücumlar həyata keçirməkdir. Bu pilotsuz təyyarələrin Qara dənizdə yeri yoxdur”,- deyə Şeremet bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər