Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Peskov: Yaxın Şərqdəki gərginlik dünya iqtisadiyyatına mənfi təsir göstərir

2 dəq
Paylaş:
Peskov: Yaxın Şərqdəki gərginlik dünya iqtisadiyyatına mənfi təsir göstərir

Rusiya Prezidentinin katibi regionunda artan qeyri-sabitliyin qlobal iqtisadiyyata ciddi təsir göstərə biləcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında Yaxın Şərqdəki vəziyyətin narahatlıq doğurduğunu və bölgədəki gərginliyin dünya iqtisadi proseslərinə mənfi təsirlərinin qaçılmaz olduğunu qeyd edib.

Kremlin sözçüsünün sözlərinə görə, Rusiya iqtisadiyyatının artım tempi hazırda arzuolunan səviyyədə deyil, lakin bu problem yalnız Rusiyaya aid deyil. O bildirib ki, iqtisadi mühit kifayət qədər mürəkkəb vəziyyətdədir və bu prosesdə Fars körfəzindəki qarşıdurma da mühüm rol oynayır.

Peskov əlavə edib ki, Qərbi Avropa və bəzi Asiya ölkələri də oxşar iqtisadi çətinliklərlə üzləşir. Onun sözlərinə görə, Rusiya qlobal iqtisadi proseslərdən tam təcrid oluna bilməz və ölkə rəhbərliyi mövcud problemlərin həlli istiqamətində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, ABŞ və İran arasında iyulun 7-dən etibarən daha kəskin mərhələyə keçib. Məlumata görə, iyulun 12-nə keçən gecə ABŞ qüvvələri İran ərazisində, Fars körfəzi və Hörmüz boğazı yaxınlığında təxminən 140 hədəfə zərbələr endirib.

Bildirilib ki, son gərginlik dövründə ABŞ tərəfindən İranın raket və pilotsuz uçuş aparatı bazaları, hərbi-dəniz obyektləri və rabitə sistemləri daxil olmaqla 300-dən çox hədəf vurulub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində İranla atəşkəsin pozulduğunu açıqlayıb. İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf isə birtərəfli sazişlər dövrünün başa çatdığını bildirərək, Vaşinqtonu cavab tədbirləri ilə hədələyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax