Son günlər Kremlə böyük qəzet və televiziya şirkətlərindən Vladimir Putindən müsahibə almaq üçün onlarla müraciət daxil olub.
"Operativ Məlumat Mərkəzi-OMM" "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu günün əsas xəbərlərindən biri prezidentin amerikalı jurnalistə müsahibəsidir”, -deyə Kreml sözçüsü bildirib.
Onun sözlərinə görə, son üç-dörd ildə aparıcı xarici mediadan prezident Putindən müsahibə almaq üçün onlarla müraciət olub. Müraciətlər ABŞ, Fransa, İtaliya, Avstriya, Avstraliya və digər ölkələrdən gəlib.
Peskov xarici jurnalistlərə Rusiya liderinin şəxsiyyəti ilə maraqlandıqlarına görə minnətdarlığını bildirib. Kreml nümayəndəsi bəyan edib ki, məlum səbəblərdən indi başqa müsahibə keçirmək mümkün deyil, lakin o, xahişləri nəzərə alacaq.