Operativ Məlumat Mərkəzi

Kreml Zurabişvilinin Gürcüstandakı “Rusiya hökuməti” ilə bağlı sözlərinə münasibət bildirib

2 dəq
Paylaş:
Kreml Zurabişvilinin Gürcüstandakı “Rusiya hökuməti” ilə bağlı sözlərinə münasibət bildirib
bu barədə xarici KİV məlumat yayıb. “Gürcüstan bizim qonşumuzdur. Siz bizim ikitərəfli münasibətlərimizdəki bütün çətinlikləri bilirsiniz. Seçkilərə...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkəsinin “Rusiya hökuməti” tərəfindən idarə olunması və hakim “Gürcü Arzusu” partiyasının parlament seçkilərinin nəticələrini saxtalaşdırmaq istəməsi iddiası ilə bağlı fikirlərini şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Gürcüstan bizim qonşumuzdur. Siz bizim ikitərəfli münasibətlərimizdəki bütün çətinlikləri bilirsiniz. Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb dövlətlərinin Gürcüstan rəsmilərinin hərəkətlərinə açıq şəkildə təzyiq göstərmək cəhdlərini görürük. Bizə gəlincə, biz heç bir şəkildə Gürcüstanın daxili işlərinə qarışmırıq və bunu etmək niyyətimiz də yoxdur”, - Kreml nümayəndəsi jurnalistlərə verdiyi brifinqdə bildirib.

Salome Zurabişvili “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Gürcüstanda 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” partiyası “Rusiyadakı kimi” təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər