İngiltərə kralı III Çarlz Leyboristlər Partiyasının qalib gəldiyi seçkilərdən sonra yeni parlament dövrünün açılışı mərasiminə qatılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qanunvericilik ilinin açılışı üçün keçirilən iclasa həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə qatılan Kral yeni hökumət proqramını açıqlayıb.
Kral Çarlz çıxışında hökumətin ölkə daxilində mənzil tikintisi və infrastruktur layihələrini sürətləndirmək üçün planlaşdırma prosedurlarında islahatlar aparacağını bəyan edib.
İqtisadi inkişafın təmin edilməsinin hökumətin əsas vəzifəsi olacağına işarə edən Kral Çarlz, yeni hökumətim həm iş dünyası, həm də işçi qrupları ilə yeni ortaqlıqlar axtaracağını və ölkənin yaşayış problemlərindən qurtulmasına yardım edəcəyini qeyd edib.
Kral Çarlz hökumətin avtobusların və dəmir yollarının milliləşdirilməsi də daxil olmaqla nəqliyyat islahatları vədinə istinad edərək, leyboristlər hökumətinin qatar şirkətlərini yenidən dövlət mülkiyyətinə qaytarmaq planını təsdiqləyib.
Hökumətin iqlim dəyişikliyinə də diqqət yetirəcəyini qeyd edən Kral Çarlz, dövlətə məxsus təmiz enerji şirkəti olan "Great British Energy"nin qurulması üçün qanun layihəsi təqdim ediləcəyini deyib.
O, təhsildə standartların yüksəldilməsi və uşaqların rifahının yüksəldilməsi üçün qanun layihələri təqdim ediləcəyini bəyan edib.
Bundan başqa, Kral hökumətin yeni proqramının uşaqların sağlam olmayan qida və içki reklamlarından daha yaxşı qorunacağını vəd etdiyinə diqqət çəkərək, uşaqlara yüksək onların kofeinli enerji içkilərinin, eləcə də fast food yeməyinin satışını məhdudlaşdıran qanunlar çıxaracaqlarını da söz verib.
Kral Çarlz çıxışında hazırda gündəm olan Yaxın Şərq mövzusuna da toxunub.
O, yeni qurulmuş hökumətin Yaxın Şərqdə uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsi üçün əlindən gələni edəcəyinə, münaqişənin iki dövlətli həll yoluyla həll edəcəyinə sadiq olacaqlarını vurğulayıb.