Əsas məzmuna keç

Kosovo və Malta NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

Kosovo və Malta NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

Assambleyasının (NATO PA) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Yaz Toplantısında və Assambleyaya üzv qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İclasda 1 "xeyr" və 14 "bitərəf" səsinə baxmayaraq, Kosova və Malta səs çoxluğu ilə Assambleyanın assosiativ üzvlüyünə qəbul edilib.

Əvvəllər “müşahidəçi” olan Kosovo və Malta assosiativ üzvlüyə qəbul olunduqları üçün Parlament Assambleyasında bəzi əlavə prioritetlərə malik olacaqlar. NATO Parlament Assambleyasında nümayəndələrinin sayını artıra bilən iki ölkə gələcək qərarların qəbulu mexanizmlərində də rol oynaya və müəyyən əlavə şərtlərlə üçüncü ölkələrə səfər edəcək müxtəlif komitə nümayəndə heyətlərində iştirak edə biləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…