Əsas məzmuna keç

Korrupsiya ilə bağlı məlumatda məhdudlaşdırılmış informasiya olsa, bu, qanunazidd sayılmayacaq

Korrupsiya ilə bağlı məlumatda məhdudlaşdırılmış informasiya olsa, bu, qanunazidd sayılmayacaq

Hüquq-mühafizə orqanları rüşvətxorluq faktlarını gizlədə bilərmi? Yeni qanunvericilik dəyişikliyi və məxfi saxlanılacaq məlumatlarla bağlı detallar.

en ru

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olarsa, onların verilməsi açıqlanma hesab edilməyəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd olunub.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Həmçinin, layihəyə görə, şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsi hesab edilməyəcək.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın verilməsi ilə başlandıqda məlumat verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…