Əsas məzmuna keç

Kor Minq Nqa: Evlər ehtiyaca uyğun olmalıdır

Kor Minq Nqa: Evlər ehtiyaca uyğun olmalıdır

Malayziyalı nazir Ümumdünya Şəhərsalma Forumunda əlçatan mənzil təminatı və müasir infrastrukturun önəmini açıqladı. Yeni şəhərsalma layihələrində nələr dəyişəcək?

en ru

Yeni Şəhər Gündəliyinin icrası üzrə müəyyən edilmiş 20 illik dövr artıq yarı mərhələyə çatıb və 2036-cı ilədək qarşıya qoyulan hədəflərin həyata keçirilməsi təmin olunmalıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirləri Malayziyanın və yerli özünüidarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Kor Nqa Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası () çərçivəsində jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, forumun əsas məqsədi yalnız yüksək iştirak göstəriciləri deyil, həm də konkret nəticələrin əldə edilməsidir.

Nazir Azərbaycanın WUF13-ə uğurla ev sahibliyi etdiyini vurğulayaraq, tədbirin indiyədək keçirilən ən böyük Ümumdünya Şəhərsalma Forumu olduğunu qeyd edib.

Kor Minq Nqa əlavə edib ki, builki forumda mənzil məsələsi əsas prioritet kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, mənzil yalnız tikinti deyil, insanlara ümid və təhlükəsizlik hissi verən yaşayış məkanıdır.

“Biz forumdan sonra ölkələrə qayıdarkən insanların ehtiyaclarına cavab verən, əlaqəliliyi və yaşayış keyfiyyətini təmin edən evlərin tikintisinə daha çox diqqət yetirməliyik”, - deyə o bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…