Əsas məzmuna keç

Quterreş: WUF13 mənzil problemini həll edəcək

Quterreş: WUF13 mənzil problemini həll edəcək

BMT rəhbəri Antonio Quterreş 13-cü Ümumdünya Şəhərsalma Forumunun qlobal yaşayış böhranında dönüş nöqtəsi olacağını bildirdi. Təşkilatın mühüm çağırışlarını oxuyun.

en ru

BMT Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) insanların hüququnun real praktikaya çevrilməsi üçün təkan olacağına ümid edir.

“Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, baş katib bunu WUF13-ün rəsmi açılış mərasiminin iştirakçılarına müraciətində deyib.

"Siz Bakıda qlobal böhranların, o cümlədən münaqişələrin çoxaldığı, resurslarının və ərzaq qiymətlərinin artdığı bir şəraitdə toplaşırsınız. Bugünkü gündəlik ən az danışdığımız problemə - qlobal mənzil böhranına həsr olunub", - Quterreş deyib.

Onun sözlərinə görə, təxminən 3 milyard insan qeyri-qənaətbəxş şəraitdə, çox vaxt qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır.

"İnkişaf etməkdə olan ölkələrin sürətlə böyüyən şəhərlərindən icarə haqlarının yüksək olduğu və evsizlik səviyyəsinin artdığı inkişaf etmiş iqtisadiyyatlara qədər heç bir cəmiyyət bundan sığortalanmayıb. Mənzil insan hüququdur və insan ləyaqətinin əsasıdır. Qoy bu Ümumdünya Şəhərsalma Forumu bu hüququ reallığa çevirəcək katalizator olsun. Biz birlikdə heç kimi diqqətdən kənarda qoymadan bütün dünyanı mənzillə təmin edə bilərik", - o deyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…