Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Dövlət Departamentinin təqdimatında biabırçı xəta: Səhv xəritə təqdim etdi

2 dəq
Paylaş:
ABŞ Dövlət Departamentinin təqdimatında biabırçı xəta: Səhv xəritə təqdim etdi

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən "" konfransında Departamentinin təqdim etdiyi ciddi tənqidlərə səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ-nin QİÇS-lə Mübarizə üzrə Fövqəladə Planının (PEPFAR) rəhbəri Jeff Grahamın təqdim etdiyi slaydlarda qitəsinin coğrafiyası ciddi şəkildə təhrif olunub. Xəritədə Nigeriya dənizə çıxışı olmayan ölkə kimi göstərilib, Mozambik Afrika Buynuzunda, Fildişi Sahili isə qitənin şərq hissəsində yerləşdirilib. Xəritənin görüntüləri ilk olaraq QİÇS üzrə mütəxəssis Emily Bass tərəfindən ictimailəşdirilib.

Məlumata görə, təqdim olunan xəritədə OpenAI alətlərindən istifadə edildiyini göstərən filiqran (su nişanı) da yer alıb. OpenAI məsələ ilə bağlı araşdırma apardığını bildirib.

isə hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək açıqlayıb ki, yanlışlıq konfransdan əvvəl təqdimat slaydlarının tələsik redaktə edilməsi zamanı baş verib. Qurum, buna baxmayaraq, konfrans çərçivəsində keçirilən müzakirələrin konstruktiv keçdiyini və Afrika ölkələri ilə səhiyyə sahəsində əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax