Əsas məzmuna keç

Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

22 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və...

22 dekabr 2025-ci il tarixində Respublikasının naziri Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Kuartas Ayalanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib.

Görüş zamanı ölkələrimiz arasında mövcud siyasi dialoqun qorunub saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmasların, eləcə də siyasi və konsulluq məsləhətləşmələrinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri Luis Gilberto Muriyo ilə keçirdiyi görüşü məmnunluqla xatırladaraq, bu cür təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan və Kolumbiya arasında ikitərəfli əsasda, habelə BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli müstəvidə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov səfir Luis Fernando Kuartas Ayalanın Azərbaycan–Kolumbiya münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…