Əsas məzmuna keç

Yaşıllıqların kəsilməsi ilə bağlı yalan məlumat yayanlara cərimə tətbiq olunacaq

Yaşıllıqların kəsilməsi ilə bağlı yalan məlumat yayanlara cərimə tətbiq olunacaq

İnzibati Xətalar Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, kolların kəsilməsi barədə təhrif olunmuş məlumat verənlər üçün maliyyə sanksiyaları müəyyənləşib.

en ru

Azərbaycanda yaşıllıqların qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və cəzaların sərtləşdirilməsi istiqamətində addımlar atılır. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi ilə bağlı yalan və ya təhrif olunmuş məlumatların təqdim edilməsi məsuliyyət yaradacaq. Bu halda nəzərdə tutulan cərimə məbləğləri aşağıdakı kimidir:

  • Fiziki şəxslər: 500 manat
  • Vəzifəli şəxslər: 3 000 manat
  • Hüquqi şəxslər: 5 000 manat

Qeyd edək ki, sözügedən dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…