Operativ Məlumat Mərkəzi

KİV: Texasdakı meşə yanğını ABŞ tarixində ən böyük yanğındır

1 dəq
Paylaş:
KİV: Texasdakı meşə yanğını ABŞ tarixində ən böyük yanğındır
Texası bürüyən güclü meşə yanğını ABŞ tarixindəki ən böyük yanğınlardan biridir. "Operativ Məlumat Mərkəzi-OMM"-in “The Wall Street Journal”a (WSJ)...

Texası bürüyən güclü meşə yanğını ABŞ tarixindəki ən böyük yanğınlardan biridir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “The Wall Street Journal”a (WSJ) istinadən verdiyi məlumata görə, yanğın 404 min hektar ərazini əhatə edir.

Yanğın zamanı azı iki nəfər ölüb. On minlərlə mal-qara tələf olub ki, bu da dövlət üçün ciddi problemə çevrilə bilər.

Fevralın 28-də Texasda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Hakimiyyət bu ştatda yerləşən nüvə silahı yığma zavodunda fəaliyyəti dayandırmalı olub. Fevralın 29-da yanğın yüzlərlə yerli sakinin təxliyə olunduğu Oklahoma ştatına keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər