İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən İsrail tərəfindən həbs edilən fələstinlilərin sayı 3,2 min nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı Fələstin Məhbuslar və Keçmiş Məhbuslar Komissiyasının hesabatına istinadən məlumat yayıb.
Saxlanılanlar arasında 41 jurnalist və 29 media işçisi var.
Komissiyanın hesabatında bildirilir ki, məhbuslar arasında 200-dən çox uşaq və 80-ə yaxın qadın, o cümlədən tibbi yardıma ehtiyacı olan yüzlərlə xəstə və yaralı var.