Operativ Məlumat Mərkəzi

İsraillə HƏMAS arasında əsir mübadiləsi davam edir

3 dəq
Paylaş:
İsraillə HƏMAS arasında əsir mübadiləsi davam edir
beləliklə, azadlığa qovuşan israillilərin sayı 39, əcnəbi vətəndaşların sayı isə 19-ə çatıb.  Həmçinin, münaqişələr zamanı həbs olunan daha 39 nəfər...

İsraillə HƏMAS arasında əldə olunan müvəqqəti atəşkəs rejiminin üçüncü günündə HƏMAS tərəfindən girov götürülən daha 13 israilli və 4 əcnəbi vətəndaş azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, beləliklə, azadlığa qovuşan israillilərin sayı 39, əcnəbi vətəndaşların sayı isə 19-ə çatıb.

Həmçinin, münaqişələr zamanı həbs olunan daha 39 nəfər fələstinli də azadlığa buraxılaraq Qırmızı Xaç Komitəsinə təhvil verilib.

Döyüşlərə verilən fasilə çərçivəsində, Qəzza zolağına humanitar yardım daşıyan 50 tır daxil olub. Qəzzanın şimalında yaşayan fələstinlilərin isə cənuba köçü davam edir. Münaqişələrdən əvvəl anklavın şimalında 1 milyon 700 mindən çox yaşadığı halda, İsrailin şiddətli hücumlarından və edilən bütün xəbərdarlıqlardan sonra əhalinin 80%-dən çoxu bölgəni tərk edib.

Fələstinlilərin davam edən humanitar fasilə ərzində Qəzzanın şimalına keçməsinə icazə verilməyib. Belə ki, müvəqqəti atəşkəs sona çatdıqdan dərhal sonra, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatlarının bərpa ediləcəyi gözlənilir.

Qeyd edək ki, bugün İsraillə Həmas arasında əldə olunan 4 günlük humanitar fasilənin son günüdür. İlkin razılaşmaya əsasən, atəşkəs ərzində ümumilikdə 50 israilli və 150 fələstinlinin sərbəst buraxılması nəzərdə tutulub. Bu gün, daha 11 israillinin və 41 fələstinlinin azad edilməsi ilə bu razılaşmanın şərtləri ödənilmiş olacaq. Hazırda tərəflər arasında müvəqqəti atəşkəsin müddətinin artırılması üzrə danışıqlar aparılır.

İsrail, HƏMAS-ın saxladığı bütün girovları azad edənədək atəşkəsi davam etdirmək niyyətində olduğunu bəyan edib. Rəsmi Təl-Əviv azad edilən hər 10 girov qarşılığında, 39 fələstinli məhbusun azadlığa buraxılacağını və atəşkəsin əlavə bir gün uzadıla biləcəyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər