İsrail höküməti Qəzza zolağında atəşkəs rejiminin 4 günlük müddətindən sonra uzadılmasını müzakirə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, müzakirə HƏMAS hərəkatının nümayəndələri daha çox girovların azad edilməsi müqabilində atəşkəsi daha da uzatmağa hazır olduqlarını bildirdikdən sonra başlayıb.
Bundan əvvəl “Lebanon 24” xəbər portalı Dohada danışıqlarda iştirak edən ərəb vasitəçilərinə yaxın mənbəyə istinadən, HƏMAS-ın İsraillə əsir mübadiləsi sazişini iki-dörd günə uzatmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 22-də HƏMAS hərəkatı Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəsə dair İsraillə razılığa gəldiyini açıqlayıb. Razılaşmalar anklavda saxlanılan 50 uşaq, yeniyetmə (19 yaşdan aşağı) və qadınların 150 yeniyetmə (19 yaşından aşağı) və qadınların İsrail həbsxanalarından azadlığa buraxılması müqabilində mərhələli şəkildə azad edilməsini nəzərdə tutur.