İran, Rusiya və Çinin neft alğı-satqısına dair anlaşması ABŞ və Çinin ticarət razılaşmasının imzalamasına ciddi əngəl törədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yazı "Associated Press" agentliyində dərc edilib.
Bildirilib ki, bu yolda daha bir maneə Çinin enerji təhlükəsizliyinin təmin edilməsində israrlı olmasıdır:
"Çin hər zaman olduğu kimi özünün enerji müstəqilliyini qorumağa meyllidir. Bu qətiyyət ölkənin Xarici İşlər Nazirliyinin son bəyanatında özünü açıq şəkildə göstərir. Çin XİN-in rəsmiləri həmin mövqeni Stokholm danışıqları zamanı da təkrarlayıb”.
Rəsmi Pekinin öz məqsədlərindən geri çəkilməyəcəyini analitiklər də təsdiqləyir:
"Bunun üçün ABŞ-ın Rusiya və İranla bağlı mövqeyini dəyişməsinə ehtiyac var. Belə bir hal baş vermədikcə rəsmi Pekin ABŞ-dan əlavə güzəştlər tələb edəcək".
ABŞ-dakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Skott Kennedi deyir ki, rəsmi Pekin bu məsələdən əlavə rıçaqlar qismində yararlanmaq fürsətini qaçırmayacaq".