Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Çin bu məsələ ilə bağlı qətiyyətli etirazını bildirir"

2 dəq
Paylaş:
"Çin bu məsələ ilə bağlı qətiyyətli etirazını bildirir"

" ABŞ-yə daxil olan Çin işçilərinin son zamanlar əsassız həbs və dindirilmələrinə qarşı sərt etirazını bildirib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin deyib.

Diplomatın sözlərinə görə, ABŞ -mühafizə orqanları son zamanlar Çin şirkətlərinin işçilərinə qarşı dəfələrlə uzun və əsassız dindirmələr, həbslər və deportasiyalar həyata keçiriblər.

Lin Jian qeyd edib ki, ABŞ hüquq-mühafizə orqanlarının metodları qəddardır, Çin vətəndaşlarının qanuni hüquq və mənafelərini və iki ölkə arasında normal işgüzar mübadilə və atmosferini pozur.

"Çin bu məsələ ilə bağlı güclü narazılığını və qətiyyətli etirazını bildirir", - o qeyd edib.

Lin Jian bildirib ki, Çin ABŞ-ni Çin şirkəti işçilərinin əsassız dindirilmələrini dayandırmağa çağırır, Pekinin vətəndaşlarının qanuni hüquq və mənafelərini qorumaq üçün qətiyyətli və təsirli tədbirlər görməyə davam edəcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax