Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Hizbullah" İranla həmrəy olduğunu bəyan edib

1 dəq
Paylaş:
"Hizbullah" İranla həmrəy olduğunu bəyan edib

Livanın şiə qruplaşması olan İsrail və ABŞ-nin həyata keçirdiyi hücumlarla bağlı İrana dəstək bəyanatı yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, təşkilat həm İran rəhbərliyi, həm də xalqı ilə tam olduğunu bildirib.

Bəyanatda xalqlarına müraciət edilərək, İsrail və ABŞ-nin aqressiv planlarına qarşı müqavimət göstərməyin vacibliyi vurğulanıb.

Qruplaşma qeyd edib ki, bu planların reallaşması bölgədəki hər bir fərdə mənfi təsir göstərəcək.

Lakin "Hizbullah" rəsmiləri Tehrana kömək məqsədilə hər hansı konkret addımın atılıb-atılmayacağı barədə məlumat verməyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax