Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Hizbullah" İsrailə genişmiqyaslı hücumlar təşkil edib

2 dəq
Paylaş:
"Hizbullah" İsrailə genişmiqyaslı hücumlar təşkil edib

"" hərəkatı Livanın cənubu və İsrailin şimalındakı hərbi mövqelərə qarşı silsilə həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar zamanı raketlər, pilotsuz uçuş aparatları (PUA) və artilleriya mərmilərindən istifadə edildiyi bildirilir.

Məlumata görə, İsrailə hərbi məntəqələr, əsgərlərin toplanma yerləri, qərargahlar, artilleriya mövqeləri və bir hərbi şirkəti hədəfə alınıb.

Xüsusilə Livanın cənubundakı Taybe qəsəbəsi yaxınlığında İsrail ordusuna məxsus 6 ədəd "" tipli tankın məhv edildiyi iddia olunur.

Bəzi hücumlar nəticəsində İsrail hərbçiləri arasında itkilərin olduğu və yaralıların təxliyəsi üçün helikopterlərin cəlb edildiyi qeyd edilir.

Digər tərəfdən, İsrail ordusu Livanın paytaxtı Beyrut da daxil olmaqla, ölkənin müxtəlif bölgələrinə hava və dəniz zərbələrini davam etdirir.

Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin hücumları nəticəsində 968 nəfər həyatını itirib, 2432 nəfər isə yaralanıb. Münaqişə səbəbindən ölkə daxilində məcburi köçkün düşənlərin sayının 1 milyonu keçdiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax