Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ və İran atəşkəs mövzusunda səmimidir. “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir bu barədə "Anadolu" Agentliyindəki proqramda sualları cavablandırarkən mühüm açıqlamalar verib.
XİN rəhbəri günboyu tərəflərlə müntəzəm əlaqə saxladıqlarını qeyd edərək, qarşılıqlı razılıq əsasında atəşkəs müddətinin uzadılması məsələsinin müzakirə edilə biləcəyini vurğulayıb.
Hörmüz Boğazı Böhranı: Qlobal Təsirlər və Türkiyənin Mövqeyi
Hörmüz boğazı ilə bağlı suala cavab verən Hakan Fidan, ölkələrin bu keçiddən ödənişsiz və maneəsiz hərəkət etməli olduğunu bildirib. O qeyd edib ki, bu münaqişənin sadəcə regional deyil, ciddi qlobal təsirləri mövcuddur.
"Hörmüz məsələsinin həlli üçün hər kəs əlindən gələni etməlidir. Türkiyə də həll yolu tapılması üçün əlindən gələni edir", - deyə nazir fikrini yekunlaşdırıb.