Kərə yağı bahalaşıb?

Kərə yağı bahalaşıb?
11.09.2024 21:22
Aa
dəq

Son günlər kərə yağının qiymətində xeyli bahalaşma müşahidə edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb.

Elə satıcılar da qiymətlərin son günlər  3-6 manat arasında artdığını deyirlər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51%  çoxdur.

İqtisadçı Xalid Kərimli qeyd edib ki, qlobal bazarda süd məhsullarında bahalaşma qeydə alınıb.

Onun sözlərinə görə, Azərbaycan yağ idxalından asılı olan  ölkə olduğu üçün  xaricdə baş verənlər birbaşa daxili bazara təsir edir.

Ekspert qeyd edib ki, Azərbaycan kərə yağını əsasən Rusiya, Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Həftənin ən çox oxunanları

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO
DAVAMIN OXU davamın oxu

Xocalıda yanğın olub, əraziyə helikopterlər cəlb edilib - VİDEO

Xocalıda yanğın olub, əraziyə helikopterlər cəlb edilib - VİDEO
DAVAMIN OXU davamın oxu