Kəlbəcərdə elektrik təsərrüfatı yenidən qurulur

Kəlbəcərdə elektrik təsərrüfatı yenidən qurulur
12.04.2024 13:48
Aa
dəq

“Azərişıq” ASC coğrafi relyefinə görə mürəkkəb quruluşa malik Kəlbəcər rayonunda elektrik təsərrüfatını yenidən qurur.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdart cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hazırda rayonda 35 kV-luq elektrik xətləri çəkilir. Zod, Zar, Zəylik və Yellicə istiqamətlərində yenidənqurma işləri başa çatıb. Ağqaya, Qamışlı və Mərcimək istiqamətlərində isə elektrik təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Qeyd edilən kəndlərdə yeni metal dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir.

Yenidənqurma işləri çərçivəsində Kəlbəcər rayonu İstisu qəsəbəsində yerləşən 110/35 kv-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Həmçinin, Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikinti işləri başa çatıb. Ümumilikdə, görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.

Həftənin ən çox oxunanları

Bu gün Bakının 2 rayonunda qaz olmayacaq

Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
DAVAMIN OXU davamın oxu

Qazaxıstan Rusiya neftinin Çinə nəqli ilə bağlı müqavilənin müddətini uzadıb

Qazaxıstan Rusiya neftinin Çinə nəqli ilə bağlı müqavilənin müddətini uzadıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla “ACWA Power” arasında yeni investisiya müqaviləsi təsdiqlənib

Azərbaycanla “ACWA Power” arasında yeni investisiya müqaviləsi təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Masallının 6 kəndinin enerji verilişində fasilə yaranacaq

Masallının 6 kəndinin enerji verilişində fasilə yaranacaq
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu