Operativ Məlumat Mərkəzi

Keçmiş müdafiə naziri Yaponiyanın yeni baş naziri olacaq

1 dəq
Paylaş:
Keçmiş müdafiə naziri Yaponiyanın yeni baş naziri olacaq

Yaponiyanın hakim Liberal Demokrat Partiyasında keçirilən səsvermənin ikinci turunun nəticələrinə əsasən, Yaponiyanın keçmiş müdafiə naziri Şiqeru İşiba siyasi qüvvənin sədri və ölkənin baş naziri seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ikinci turun nəticələrinə görə, İşiba 415 səsdən 215-ni, bu vəzifəyə ən yaxın rəqibi isə 194 səs toplayıb.

Səsvermənin nəticələrinə yekun vurduqdan sonra o, seçki kampaniyası zamanı göstərdikləri dəstəyə görə ölkə üzrə partiya üzvlərinə və həmkarlarına təşəkkür edib.

İşibanın rəsmi olaraq ölkənin yeni baş naziri olacağı parlamentin növbədənkənar iclası oktyabrın 1-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər