Əsas məzmuna keç

ABŞ-nin keçmiş prezidenti Co Baydenin xərçəng xəstəliyi sümüklərinə metastaz verib

ABŞ-nin keçmiş prezidenti Co Baydenin xərçəng xəstəliyi sümüklərinə metastaz verib

Cill Bayden həyat yoldaşının səhhəti ilə bağlı açıqlamasında onun ömrünün sonuna qədər xərçənglə mübarizə aparacağını bildirib.

en ru

ABŞ-nin keçmiş prezidenti Co Baydenin həyat Cill onun barədə məlumat verib. "NBC News" telekanalına müsahibə verən Cill Bayden keçmiş dövlət başçısının prostat xərçənginin aqressiv forması ilə mübarizə apardığını və xəstəliyin artıq sümüklərinə yayıldığını açıqlayıb.

Cill Bayden qeyd edib ki, prostat xərçənginin ilkin mərhələdə müalicəsi mümkün olsa da, metastaz vəziyyəti tamamilə dəyişdirib: "Ona görə də düşünürəm ki, Co ömrünün sonuna qədər xərçənglə yaşayacaq". Buna baxmayaraq, o, keçmiş prezidentin hazırda özünü yaxşı hiss etdiyini və müalicəsinin davam etdiyini vurğulayıb.

Xatırladaq ki, Co Bayden 2025-ci ilin may ayında prostat xərçənginin aqressiv formasına tutulduğunu ictimaiyyətə açıqlamışdı. Həmin dövrdə o, beş həftəlik şüa terapiyası kursu keçmişdi. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında isə Bayden dəri xərçəngi ilə bağlı cərrahi əməliyyat olunmuşdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…