Qətər Daxili İşlər Nazirliyi paytaxt Dohada ABŞ səfirliyinin yaxınlığında yerləşən binaların sakinlərinin təxliyə edildiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə nazirliyin xüsusi bəyanatında məlumat verilib.
Qeyd olunub ki, qərar qabaqlayıcı təhlükəsizlik tədbiri kimi qəbul edilib. Bildirilib ki, təxliyə olunan bütün sakinlər alternativ yaşayış yerləri ilə təmin olunurlar.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin İrana qarşı hərbi əməliyyatları və bölgədə bir sıra hava limanlarının bağlanması fonunda Vaşinqtonun vətəndaşlarını Yaxın Şərq ölkələrindən fəal şəkildə təxliyə etdiyi barədə məlumat yayılmışdı.