Operativ Məlumat Mərkəzi

Kapadokyada hava şarları ilə uçuşlara icazə verilmir

2 dəq
Paylaş:
Kapadokyada hava şarları ilə uçuşlara icazə verilmir
Türkiyənin məşhur turizm bölgəsi olan Kapadokiyada duman və külək isti hava şarlarının uçuşuna mane olub.

Türkiyənin mühüm turizm mərkəzlərindən biri olan Kapadokiyada “peribacaları” ilə əhatə olunmuş vadiləri səmadan izləmək istəyən turistlərin planları yarımçıq qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Nevşehir vilayətinin Göreme qəsəbəsində səhər saatlarında uçuş üçün hazırlıq görən firmalar və turistlər hava şəraitinin pisləşməsi ilə qarşılaşıblar.

Mülki Aviasiya Baş İdarəsinin meteoroloji qiymətləndirmələri nəticəsində ərazidə müşahidə olunan sıx duman və güclü külək səbəbindən uçuşlar əvvəlcə bir saat təxirə salınıb.

Lakin aparılan ikinci dəyərləndirmədən sonra təhlükəsizlik qaydalarına uyğun olaraq turların tamamilə ləğv edilməsinə qərar verilib.

Uçuşların baş tutmaması səbəbindən ərazidə fotoçəkiliş üçün gözləyən turistlər və turizm şirkətlərinin əməkdaşları meydanı tərk ediblər.

Qeyd edək ki, Kapadokiyada bu növ turlar bölgənin turizm potensialının əsas tərkib hissəsi hesab olunur və uçuşlar ciddi nəzarət altında həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər