Kanada hakimiyyəti Kanada vətəndaşlarına qarşı törədilmiş qanunsuz hərəkətlərlə əlaqədar 6 hind diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hindistan tərəfi, Kanadanın bu cür tələbləri ilə razılaşmayıb, nəticədə Ottava bu diplomatları ölkədən çıxarmaq qərarına gəlib.