Son iki həftədə Kamerunda cəmi 512 nəfər vəbaya yoluxub, onlardan 501-i paytaxt Yaounde və onun ətrafında olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kamerun Səhiyyə Nazirliyindən məlumat verilib.
Kamerun Səhiyyə Nazirliyinin məlumatına görə, 2021-ci ildən bəri ölkədə 17 min 81 vəbaya yoluxma aşkarlanıb, 384 nəfər ölüb.