Operativ Məlumat Mərkəzi

Kahramanmaraşda zəlzələdən sonra qeydə alınmış afterşokların sayı açıqlandı

2 dəq
Paylaş:
Kahramanmaraşda zəlzələdən sonra qeydə alınmış afterşokların sayı açıqlandı
bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD-dan) bildirilib. Məlumata görə, psixoloji yardım məqsədilə əraziyə 2 902 nəfər...

Kahramanmaraşdakı 7.7 maqnitudalıq zəlzələdən sonra indiyədək ümumilikdə 648 afterşok qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD-dan) bildirilib.

Məlumata görə, psixoloji yardım məqsədilə əraziyə 2 902 nəfər və 132 nəqliyyat vasitəsi cəlb olunub.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər