Operativ Məlumat Mərkəzi

Kabardin-Balkar da ekstremist dini qruplaşmaların 15 üzvü saxlanılıb

1 dəq
Paylaş:
Kabardin-Balkar da ekstremist dini qruplaşmaların 15 üzvü saxlanılıb
bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. Qeyd edilib ki, qrupun lideri Rezuan Kanqezov və onun 14...

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında zorakı inandırma metodlarından istifadə edən ekstremist dini ocaqların 15 üzvü saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Qeyd edilib ki, qrupun lideri Rezuan Kanqezov və onun 14 şərikinə qarşı cinayət işi açılıb. Rezuan Kanqezov ekstremist cəmiyyət yaratmaqda şübhəli bilinir. Qrup üzvləri liderin göstərişi ilə onların radikal ideyaları ilə razılaşmayanlara qarşı fiziki və psixoloji zorakılıq tətbiq ediblər.

Məlumata görə, o, 2023-cü ildə Kabardin-Balkarın Baksan rayonunda ekstremist qrup yaradıb. Bu qrupun məqsədi insanları ekstremistlərin fikirlərini qəbul etməyə məcbur etmək və dini zəmində cinayətlər hazırlamaqdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər