Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İzmirdə qeyri-adi hadisə: 400 min lirəni zibilə atan şəxs onu belə tapdı

2 dəq
Paylaş:
İzmirdə qeyri-adi hadisə: 400 min lirəni zibilə atan şəxs onu belə tapdı

Türkiyənin İzmir şəhərində zərgərin başına gələn həm gərgin anlara, həm də xoş sona səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Karabağlar rayonunda yaşayan 43 yaşlı zərgər Günəş dostunun qızıl almaq üçün ona əmanət etdiyi 400 min lirəni səhvən zibilə atıldıqdan sonra tapmağı bacarıb.

Məlumata görə, Günəş pulu evə gətirdikdən sonra mətbəxə qoyub. Lakin vəziyyətdən xəbərsiz olan həyat yoldaşı içərisində pul olan zibil hesab edərək digər tullantılarla birlikdə küçədəki konteynerin yanına yerləşdirib.

Bildirilib ki, hadisədən xəbər tutan zərgər dərhal axtarışlara başlayıb. O, bələdiyyə əməkdaşlarının köməyi ilə tullantı toplama mərkəzinə gedərək təxminən 15 ton zibilin içərisində aparıb.

Qeyd olunub ki, ilkin axtarışlardan nəticə əldə olunmadıqdan sonra Mehmet Günəş ərazidəki 7 kamerasının görüntülərini araşdırıb.

Məlumata əsasən, kamera görüntülərində təmizlik işçilərinin konteyneri boşaltdığı, lakin kənarda qalan paketin sonradan yenidən konteynerə atıldığı müəyyən edilib. Bundan sonra həmin yerə qayıdan zərgər pul dolu paketi zibillərin arasından tapıb.

Hadisə ilə bağlı danışan Mehmet Günəş bildirib ki, pulun ona aid olmaması səbəbindən böyük məsuliyyət hiss edib. O, həyat yoldaşının xəbəri olmadan paketi atdığını öyrəndikləri zaman çox gərgin anlar yaşadıqlarını qeyd edib.

Zərgər 15 ton zibilin içərisində axtarış aparmağın çətin olduğunu, lakin sonda pulu tapdıqları üçün həm sevinc, həm də rahatlıq hiss etdiklərini bildirib.

Qeyd edək ki, Mehmet Günəş axtarış prosesində ona kömək edən bələdiyyə əməkdaşlarına təşəkkür edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax