Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Azərbaycanın vahid elektron ticarət platformasını yaratmağı təklif edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu barədə Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Onun sözlərinə görə, elektron ticarətin dəstəklənməsi və inkişafı dünya iqtisadiyyatının ən dinamik inkişaf edən istiqamətlərindən biridir:
"Vətəndaşlarımız üçüncü ölkələrdən mallar əldə etmək üçün beynəlxalq elektron ticarət platformalarından fəal şəkildə istifadə edirlər. Bununla əlaqədar Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasını yaratmağı təklif edirik".