Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaponiya İrana Hörmüz boğazı üçün pul ödəmədiyini bildirdi

2 dəq
Paylaş:
Yaponiya İrana Hörmüz boğazı üçün pul ödəmədiyini bildirdi

hakimiyyəti boğazından keçən "İdemitsu Maru" tankerinə görə Tehrana pul ödəməyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" biznes qəzeti məlumat yayıb.

Qəzetin Yaponiya hökumətindəki mənbələrinə görə, gəminin keçidi hakimiyyət orqanları ilə İran tərəfi arasında aparılan danışıqlar nəticəsində mümkün olub.

"Bu, Yaponiya hökuməti tərəfindən aparılan danışıqların nəticəsidir. Biz (tankerin) keçidi üçün heç bir ödəniş etməmişik", - qəzet yüksək vəzifəli hökumət rəsmisinə istinadən bildirib.

Bir müddət əvvəl "Tasnim" xəbər agentliyi İranın köməyi ilə Yaponiyanın "İdemitsu Maru" tankerinin Hörmüz boğazından keçdiyini bildirib. Agentliyin məlumatına görə, Yaponiyanın "İdemitsu Kosan" neft emalı zavoduna məxsus və 2 milyon barel neft daşıyan gəmi fevral ayının sonundan bəri sahillərində olub. Yaponiya şirkəti təhlükəsizliklə bağlı narahatlıqlarını əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax